“İnter” onlar üçün hərəkətə keçdi


“İnter” (Milan) 2027/2028 mövsümündən etibarən qapıçı mövqeyini Alisson Bekker və Canluici Donnarumma ilə gücləndirməyi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, “Tuttosport” nəşrinin məlumatına görə, Milan klubu hazırkı qapıçısı Xosep Martinesin mövsümün ilk yarısındakı səhvlərindən sonra alternativlər axtarır. İspaniyalı futbolçu hələ də klubun planlarında olsa da, əsas heyətdəki yerini qorumaq üçün çıxışını yaxşılaşdırmalıdır.
Namizədlərdən Alissonun “Liverpul”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. Lakin braziliyalının yüksək maaşı keçidə mane ola bilər.
Donnarummanın transfer edilməsi isə “Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işin nəticəsindən asılıdır. İngiltərə klubu aşağı liqaya düşərsə, qapıçının ayrılması gündəmə gələ bilər. Bununla belə, onun illik 12-13 milyon avroluq maaşı da “İnter” üçün ciddi maneədir.

Teleqraf.az+1 mənbə