"İntel LT Servis" MMC-nin 400 min manata yaxın borcu üzə çıxdı


Paytaxtın Yasamal rayonunda hüquqi qeydiyyatda olan "İntel LT Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə külli miqdarda vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 396.849,86 AZN (396,8 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 97, mənzil 164 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Turanə Arif qızı Əhmədovadır. Ayaz
