İngiltərə klubu yeni baş məşqçisini rəsmən açıqladı


İngiltərənin “Kristal Pelas” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, London təmsilçisi Tomas Frankla müqavilə imzalayıb. 53 yaşlı danimarkalı mütəxəssislə anlaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Frank bu vəzifədə noyabrın 12-də istefaya göndərilən fransalı Pyer Saşı əvəzləyib. “Kristal Pelas” cari mövsüm İngiltərə Premyer Liqasının ilk 10 turunda 7 məğlubiyyət alıb və cəmi 7 xal toplayaraq turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Komandanın 17-ci yerdəki rəqibindən 2 xal geri qaldığı bildirilir.
Qeyd edək ki, Tomas Frank daha əvvəl Danimarkanın “Bröndbü”, İngiltərənin “Brentford” və “Tottenhem” klublarına rəhbərlik edib.