İnanılmaz: Sİ 1859-cu ildən bəri həll edilməyən Riman hipotezi isbat edib?


MEDİA 21 Noyabr, 202608:25
Tanınmış riyaziyyatçı alim Afərin Ələkbərli süni intellektlə bağlı sensasion məlumat paylaşıb. Sitat: “…Az öncə Anthropic şirkətinin əməkdaşı, ədədlər nəzəriyyəsi üzrə mütəxəssis Levent Alpöge şəxsi saytında (alpo.ge) Claude süni intellekti ilə birlikdə 1859-cu ildən bəri həll edilməyən Riman hipotezini (və onun daha geniş forması olan Ümumiləşdirilmiş Riman Hipotezini) isbat etdiyini elan etdi. Anthropic şirkəti Claude-nin hazırlayan şirkətdir. 167 ildir dünyanın ən güclü riyaziyyatçıları Riman hipotezi isbat edə bilmirlər. Hazırda 128 nüvəli prosessoru olan kompüter təkrar-təkrar yoxlama prosesini aparır. Əgər Levent Alpöge Claude süni İntellektinin vasitəsi ilə Riman Hipotezini isbat edibsə o zaman bundan sonra elit riyaziyyatçıların yetişəcəyinə dair ümidlər azalır. Deyəsən elə sonuncusu Terence Tao idi. Gözləyək görək gələn həftə reaksiyalar necə olacaq. Əgər xəbər doğrudursa sivilizasiya növbəti mərhələyə keçir…”.
Bəs bu xəbər doğru olarsa, dünya klassik intellektində nə dəyişiklik ola bilər? İndi hamı bu barədə düşünməkdədir…
Səbuhi
Növbəti xəbər yüklənir…
1 mənbə