Dövlət İmtahan Mərkəzi dövlət qulluğu ilə əlaqədar bəzi imtahanları ləğv edib


11 mənbə əsasında
Dövlət İmtahan Mərkəzi dekabr ayında keçirilməsi planlaşdırılan dövlət qulluğu test imtahanları ilə bağlı yeni qərarını açıqlayıb. Yeni qüvvəyə minən Dövlət Qulluğu Məcəlləsində fəaliyyətin davam etdirilməsi üçün sertifikat tələbi nəzərdə tutulmadığı üçün 4 dekabrda baş tutmalı olan müvafiq imtahan ləğv olunub. Qurumdan bildirilib ki, namizədlərin ödədikləri vəsait onların şəxsi kabinetlərinə geri qaytarılacaq. Dekabrın 4-də BB vəzifə altqrupu, dekabrın 13-də isə A və B növü üzrə qəbul imtahanları isə əvvəl müəyyən edilmiş proqram əsasında təşkil olunacaq.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İmtahan ləğv edildi - Ödəniş geri qaytarılacaq
Dövlət İmtahan Mərkəzi 4 və 13 dekabr 2026-cı il tarixlərində dövlət qulluğu ilə bağlı keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlərə müraciət edib. Bu barədə Adalet.az-a DİM-dən məlumat verilib. Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməsi nəzərdə tutulub. 16 noyabr 2026-cı il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində dövlət qulluqçusunun dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün müvafiq sertifikat əldə etməsi ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bununla əlaqədar olaraq, 4 dekabr tarixində keçirilməsi nəzərdə tutulan dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı ləğv edilib. Bu imtahanda iştirak etmək üçün namizədlərin ödədikləri vəsait onların şəxsi kabinet hesablarına qaytarılacaq. 4 dekabr tarixində BB vəzifə altqrupu və 13 dekabr tarixində A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanı zamanı namizədlərə Dövlət Qulluğu Məcəlləsinin qüvvəyə minmə tarixindən əvvəl müəyyən edilmiş proqram üzrə - qanunvericilik, informatika, Azərbaycan dili və məntiqi təfəkkürlə bağlı suallar təqdim ediləcək. İmtahan zamanı qanunvericilik proqramına aid test tapşırıqları Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin qüvvədən düşmüş “Dövlət qulluğu haqqında” və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə eyniyyət təşkil edən normaları ilə bağlı olacaq. Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin 22.3-cü maddəsinə əsasən 2 il müddətinə qüvvədə olan “Dövlət qulluğu sertifikatı” veriləcək.
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə