“İmkanlar və İnam” Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilir


Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, Gülüstan Sarayında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Himn Cahangir Cahangirov adına xor kollektivi tərəfindən ifa olunub. Xorun bədii rəhbəri və dirijoru əməkdar müəllim, Prezident mükafatçısı, dosent Fəridə Əliyevadır.
Daha sonra tədbir iştirakçılarına forumun konsept mesajı təqdim olunub. Bildirilib ki, builki görüşün əsas şüarı “Bir nöqtədə görüşək”dir.
Çıxışda qeyd olunub ki, inkişaf fərqli imkanların, baxışların və məqsədlərin bir araya gəlməsi ilə başlayır. Bir nöqtədə görüşmək yalnız eyni məkanda toplaşmaq deyil, fərqli baxış və yanaşmaları birləşdirərək gələcəyə hesablanmış nəticələr əldə etmək deməkdir.
Ardınca forumun mövzusuna həsr olunmuş açılış videoçarxı nümayiş etdirilib.