“İmişli” latviyalı mütəxəssislə müqavilə imzalayıb


“İmişli” klubu latviyalı mütəxəssis Ervins Perkonsla baş məşqçi postunda müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bir müddətdir Mərkəzi Aran təmsilçisində baş məşqçinin vəzifələrini müvəqqəti icra edən Perkonsla “6 ay + 2 il” müddətinə müqavilə bağlanıb.
