Aqrar Kredit və İnkişaf Agentliyinin sədri subsidiyalarla bağlı açıqlama verib


3 mənbə əsasında
Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov ölkədə kənd təsərrüfatı sahəsində tətbiq edilən yeniliklərdən danışıb. O bildirib ki, cari ildə ilk dəfə olaraq dincə qoyulan torpaqlara görə fermerlərə 3,5 milyon manat subsidiya verilib. Eyni zamanda, elektron sistemdəki skorinq nəticələrinə əsasən subsidiyaların avans şəklində ödənilməsi mexanizmi istifadəyə verilib. Bunlarla yanaşı, cins damazlıq heyvanların alınması üçün dövlət tərəfindən 24 milyon manatlıq güzəşt ayrıldığı və bu dəstəyin ilin sonunadək artacağı qeyd olunub.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlk dəfə bu il dincə qoyulan torpaqlara görə subsidiya ödənilib
İlk dəfə olaraq bu il dincə qoyulan torpaqlara görə də subsidiya ödənilib.Oxu24.com xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.O bildirib ki, bu istiqamətdə artıq 3,5 milyon manat subsidiya ödənilib.Agentlik sədri qeyd edib ki, cari ildən etibarən subsidiyaların avans şəklində ödənilməsi ilə bağlı yeni mexanizm də tətbiq olunur. Bu mexanizm fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatları əsasında skorinq modeli ilə müəyyən edilən reytinq ballarına əsaslanır.Onun sözlərinə görə, 30 baldan yuxarı nəticə əldə edən fermerlərə subsidiyaların daha erkən, avans şəklində ödənilməsi mümkün olacaq.Yalçın Camalov bildirib ki, fermerlər damazlıq heyvanların alınması üçün də dövlət güzəştlərindən fəal şəkildə yararlanırlar. Bu çərçivədə alınan cins damazlıq heyvanların dəyərinin 60 faizi dövlət tərəfindən qarşılanır.O qeyd edib ki, cari ildə 5 803 baş damazlıq heyvanın alınması üçün dövlət tərəfindən 24 milyon manat güzəşt məbləği ayrılıb. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı dövlət proqramının icrası çərçivəsində Maliyyə Nazirliyi tərəfindən əlavə vəsaitlər də ayrılıb. Proqnozlara görə, bu güzəştlərin məbləği ilin sonuna qədər 30 milyon manata çatacaq.Agentlik sədri əlavə edib ki, 2023-cü ildən ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərzaqlıq buğda proqramı həyata keçirilir. Proqram çərçivəsində fermerlər Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək müqavilə bağlayırlar. Bunun nəticəsində onlara dəyirmanlara təhvil verdikləri ərzaqlıq buğdanın hər tonuna görə 100 manat məhsul subsidiyası ödənilir.Bundan əlavə, idxal qiyməti ilə dövlətin tədarük qiyməti arasındakı fərq də məhsul subsidiyasına əlavə olunaraq Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən fermerlərə ödənilir.Ərzaqlıq buğda proqramına qoşulma şərtlərindən biri əkin sahələrində pivot suvarma sistemlərinin quraşdırılmasıdı
Tam oxu Oxu24.com saytındaDərc vaxtına görə