İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb

1 dəq oxu
Xəbər
Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.
Bu barədə "Far.Az"a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paracüdoçumuz 1/8 finalda britaniyalı Den İnqliş üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.
İlham Zəkiyev Azərbaycan Milli Paralimpiya Komitəsi
Oxşar xəbərlər
Bu xəbəri 13 mənbə yazıb
Dərc vaxtına görə



