İlham Zəkiyev Qran-Pridə bürünc medal qazanıb


Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.
Bu barədə AZXEBER.COM-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Paracüdoçumuz 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.
Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dərc vaxtına görə
