Azərbaycan Prezidenti Latviya dövlət başçısına təbrik ünvanlayıb

50 mənbə əsasında
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsə ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubda iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluq ifadə olunub və gələcək əməkdaşlıq perspektivləri vurğulanıb. Həmçinin cari ilin aprel ayında baş tutmuş rəsmi səfərin əlaqələrin genişlənməsində rolu qeyd edilib.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlham Əliyev Latviya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur. Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya
Tam oxu Djb.az saytındaDərc vaxtına görə
Djb.azoxuduğunuz
İlham Əliyev Latviya Prezidentini təbrik edib
