Kedmi: Avropanın Ermənistana maliyyə dəstəyi göstərməyə imkanı yoxdur


Kedmi: Avropanın Ermənistana ayırmağa pulu yoxdur, Ukraynaya da vəsait çatışmır.
İnterpress.az xəbər verir ki, bu barədə politoloq Yakov Kedmi “Sputnik Ermənistan”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ciddi maliyyə problemləri ilə üzləşib və Ukraynaya hər il on milyardlarla avro vəsait ayırmaqda çətinlik çəkir.
Kedmi iddia edib ki, Ermənistan iqtisadiyyatını Rusiyadan uzaqlaşdırmaq üçün Avropa İttifaqı hər il təxminən 10 milyard avro (təxminən 19,5 milyard manat) subsidiya ayırmalı olacaq. Bu vəsait Rusiyayla iqtisadi əlaqələrin itirilməsini kompensasiya etmək üçün tələb olunur.
Politoloqun fikrincə, söhbət real investisiyalardan deyil, geri dönüşü olmayan xərclərdən gedir.
O əlavə edib ki, ABŞ investisiya qoymağa hazırdır, lakin Ukrayna nümunəsində olduğu kimi, vəsaitləri sadəcə xərcləməyə hazır deyil.
Xuraman Etibarlı
İnterpress.az
Report+20 mənbə