İki sosial muavinət artırılır ŞOK ARTIM

1 dəq oxu
Xəbər
17 Noyabr 2026
Azərbaycanda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləğinin 600 manatdan 1500 manata çatdırılması təklif olunur. Dəfn üçün ödənilən müavinətlərin də artırılması nəzərdə tutulur.
Veten.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2027-ci ildə uşağın doğulmasına görə ödənilən birdəfəlik müavinətin 1500 manat olması proqnozlaşdırılır.
Qeyd edək ki, hazırda, 2026-cı ildə bu müavinətin məbləği 600 manatdır. Təklif qəbul edilərsə, ödəniş 900 manat artacaq.
Bununla yanaşı, dəfn üçün verilən müavinətlərin də artırılması planlaşdırılır.
Belə ki, layihəyə əsasən:
Pensiyaçılar üçün dəfn müavinətinin orta məbləğinin 946 manatdan 1200 manata;
Sığortaolunanlar üçün dəfn müavinətinin orta məbləğinin isə 590 manatdan 700 manata çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Təklif olunan məbləğlər hələ qüvvəyə minmiş yekun qərar deyil.
Mənbə
1 mənbə



