II Liqada 11 oyunun başlama saatı açıqlandı


Azərbaycan II Liqasında 12-ci və 13-cü turun oyunlarının başlama saatı açıqlanıb.
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar aşağıda göstərilən saatlarda başlayacaq:
XII tur
22 noyabr (bazar)
“Şəki” - “Kür-Araz”
Şəki şəhər stadionu, 14:00
“Ağstafa Gəncləri” - “Hypers”
Ağstafa şəhər stadionu, 14:30
“Şirvan” - “Qaradağ Lökbatan”
Şirvan OİK stadionu, 14:30
23 noyabr (bazar ertəsi)
“Şəmkir” - “Ağdaş”
Şirvan OİK stadionu, 14:00
“Difai” - “Marafon”
“Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
Qeyd 1: “Zəngəzur” klubunun UEFA Region Kubokunda iştirakı ilə əlaqədar olaraq 12-ci turun “Zəngəzur” – “Dinamo” oyunu təxirə salınıb.
Qeyd 2: Peşəkar Futbol Liqası tərəfindən Şəki şəhər stadionuna baxış keçiriləcək. Hər hansı bir uyğunsuzluq aşkar olunarsa “Şəki” - “Kür-Araz” oyunu Zaqatala OİK stadionunda eyni tarixdə keçiriləcək.
XIII tur
28 noyabr (şənbə)
“Hypers” - “Şirvan”
Bərdə şəhər stadionu, 14:30
29 noyabr (bazar)
“Kür-Araz” - “Şəmkir”
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00
“Qaradağ Lökbatan” - “Şəki”
Lökbatan OİK stadionu, 14:30
“Marafon” - “Zəngəzur”
“Marafon Arena”, 14:30
30 noyabr (bazar ertəsi)
“Dinamo” - “Ağstafa Gəncləri”
Binə qəsəbə stadionu, 14:00
“Ağdaş” - “Difai”
Ağdaş şəhər stadionu, 14:00
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
II Liqada 11 oyunun başlama saatı açıqlandı
