II Liqa: 2 turda oyunların vaxtı müəyyənləşdi


Azərbaycan 2-ci liqasında 12-ci və 13-cü turun oyunlarının saatı açıqlanıb.
Sportify.a PFL-in saytına istinadən xəbər verir ki, qarşılaşmalar aşağıda göstərilən saatlarda başlayacaq:
12-ci tur
22 noyabr (bazar)
“Şəki” – “Kür-Araz” Şəki şəhər stadionu, 14:00
“Ağstafa Gəncləri” – “Hypers” Ağstafa şəhər stadionu, 14:30
“Şirvan” – “Qaradağ Lökbatan” Şirvan OİK stadionu, 14:30
23 noyabr (bazar ertəsi)
“Şəmkir” – “Ağdaş” Şirvan OİK stadionu, 14:00
“Difai” – “Marafon” “Palms Sports Futbol Mərkəzi (IV meydança), 14:00
Qeyd 1: “Zəngəzur” klubunun UEFA Region Kubokunda iştirakı ilə əlaqədar olaraq 12-ci turun “Zəngəzur” – “Dinamo” oyunu təxirə salınıb.
Qeyd 2: Peşəkar Futbol Liqası tərəfindən Şəki şəhər stadionuna baxış keçiriləcək. Hər hansı bir uyğunsuzluq aşkar olunarsa “Şəki” – “Kür-Araz” oyunu Zaqatala OİK stadionunda eyni tarixdə keçiriləcək.
13-cü tur
28 noyabr (şənbə)
“Hypers” – “Şirvan” Bərdə şəhər stadionu, 14:30
29 noyabr (bazar)
“Kür-Araz” – “Şəmkir” Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:00
“Qaradağ Lökbatan” – “Şəki” Lökbatan OİK stadionu, 14:30
“Marafon” – “Zəngəzur” “Marafon Arena”, 14:30
30 noyabr (bazar ertəsi)
“Dinamo” – “Ağstafa Gəncləri” Binə qəsəbə stadionu, 14:00
“Ağdaş” – “Difai” Ağdaş şəhər stadionu, 14:00
