Hörmüz boğazının şərqində üç neft tankeri minaya düşüb


İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində üç neft tankerinin dəniz minalarına düşərək partladığını və yanğın nəticəsində sıradan çıxdığını bildirib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
İran tərəfinin iddiasına görə, tankerlər gəmiçilik üçün qapalı elan edilmiş ərazidən keçərkən naviqasiya sistemləri söndürülmüş vəziyyətdə olub.
Hadisə ilə bağlı digər təfərrüatlar, o cümlədən gəmilərin hansı ölkəyə məxsus olduğu və ekipaj üzvlərinin vəziyyəti barədə məlumat verilməyib.
Dərc vaxtına görə
Ajans.azoxuduğunuz
Hörmüz boğazının şərqində üç neft tankeri minaya düşüb
