Hörmüz boğazında üç neft tankeri minaya düşərək yanıb


Bu gün səhər saatlarından etibarən Hörmüz boğazının şərqində qayda pozuntusuna yol verən üç neft tankeri yanaraq hərəkətsiz qalıb.
Plat.az xəbər verir ki, İran Ordusunun məlumatına görə, gəmilər Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadan naviqasiya sistemlərini söndürərək qadağan olunmuş əraziyə daxil olub və dəniz minalarına düşüb.
İran Silahlı Qüvvələri bəyan edib ki, boğazdan keçid yalnız müəyyən edilmiş qaydalara, koordinasiyaya, icazəli dəniz dəhlizlərinə əməl etməklə və naviqasiya avadanlıqlarını işlək saxlamaqla mümkündür. Əks halda, bu tələbləri pozaraq keçməyə cəhd edən gəmilərin dəniz minası və yanğın təhlükəsi ilə üzləşəcəyi vurğulanıb.
Dərc vaxtına görə
Plat.azoxuduğunuz
Hörmüz boğazında üç neft tankeri minaya düşərək yanıb
