Hörmüz boğazında iki neft tankeri partladı – SEPAH-dan ABŞ-a xəbərdarlıq


Hörmüz boğazında ABŞ hərbi qüvvələrinin müşayiəti ilə hərəkət edən iki neft tankerinin minaya düşərək partladığı iddia olunur.
Army.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Açıqlamada bildirilir ki, ümumilikdə 4 milyon bareldən çox xam neft daşıyan iki iri tanker Hörmüz boğazının cənub sahilləri yaxınlığında yanır. Partlayışlardan sonra gəmilərin heyət tərəfindən tərk edildiyi qeyd olunur.
SEPAH-ın məlumatına görə, tankerlər ABŞ qırıcılarının dəstəyi və pilotsuz uçuş aparatlarının müşayiəti ilə boğazın qadağan olunmuş marşrutu üzrə gizli keçid etməyə cəhd göstəriblər.
İranın Hərbi Dəniz Qüvvələri ABŞ ordusunun komandanlığı altında olan və ya onunla əməkdaşlıq edən digər neft tankerlərinin də icazəsiz marşrutlardan keçməyə çalışacağı təqdirdə müdaxilə ediləcəyi barədə xəbərdarlıq edib.
Sizə maraqlı ola bilər
Kubadan ABŞ-a sərt ittiham: “Müharibəyə zəmin hazırlanır”
ABŞ jurnalı T-72-ni birinci elan etdi
“Dahiya ciddi zərbə alacaq” – İsrail səfirindən təhdid
HƏMAS-ın bölük komandiri öldürüldü: İsrail ordusu səbəbi açıqladı
Post Views: 4
Dərc vaxtına görə