Hondurasda silahlı hücumlar: 12 nəfər öldürülüb


Hondurasın Yorito bölgəsində ayrı-ayrı ərazilərdə baş verən dörd hücum nəticəsində azı 12 nəfər həyatını itirib.
Gunxeber.Az xəbər verir ki, ölkənin milli polisinin nümayəndəsi Edqardo Baraona hadisələrin arxasında mütəşəkkil cinayətkar qruplaşmaların dayana biləcəyini bildirib.
Məlumata görə, hücumlardan üçü Valyesilyo kəndində qeydə alınıb. Silahlı şəxslər futbol meydançasına və yaşayış evlərinə hücum ediblər. Bu hadisələrin hər birində üç nəfər öldürülüb.
Daha üç nəfər isə Pakayales kəndində baş verən digər hücum nəticəsində həyatını itirib.
Polis hadisələrin mütəşəkkil cinayətkar qruplarla əlaqəli olması versiyasını araşdırır.
Xəbərlərimizi Google-da izləyin Yeniliklərdən dərhal xəbərdar olun
02:00
01:00
00:15
23:15
16:14
05:30
Dərc vaxtına görə
