Hərbi helikopter qəzaya uğradı: 5 hərbçi yaralandı - bu ölkədə


İordaniyada hərbi təlimlər zamanı “Black Hawk” tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi xəsarət alıb.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının açıqlamasına görə, yaralılar Kraliça Əlya Hərbi Xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır, digər dördünün vəziyyəti isə yüngül qiymətləndirilir.
Qəzanın başvermə səbəbi ilə bağlı əlavə məlumat verilməyib. Hadisə ilə əlaqədar araşdırmanın təfərrüatları da hələ açıqlanmayıb.