Heqset Venesuelaya niyə gözlənilmədən səfər etdi?


ABŞ-nin müharibə naziri Pit Heqset Venesuelaya səfər edərək ölkənin müvəqqəti prezidenti Delsi Rodriqeslə görüşüb.
Publika.az xəbər verir ki, Karakasda keçirilən görüşdə hərbi əməkdaşlıq, Venesuela ordusunun hazırlığı və texniki təchizatının modernləşdirilməsi müzakirə olunub.
ABŞ və Venesuela müdafiə sahəsində tərəfdaşlığın möhkəmləndirilməsinə dair saziş də imzalayıb.
Heqset bildirib ki, əməkdaşlıq hərbi qüvvələrin gücləndirilməsini və sərhəd təhlükəsizliyini əhatə edəcək. Rodriqes isə sazişin Venesuela ordusunun hazırlığını və texniki təchizatını yaxşılaşdıracağını qeyd edib. Sazişin konkret şərtləri hələ açıqlanmayıb.
Səfər Nikolas Maduronun hakimiyyətdən uzaqlaşdırılmasından sonra ABŞ administrasiyasının Venesueladakı təsirini gücləndirmək istiqamətində atdığı növbəti addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Heqsetin səfəri əvvəlcədən ictimaiyyətə açıqlanmayıb.