Lvovdan Türkiyəyə müəmmalı uçuş:

1 dəq oxu
Xəbər
19-11-2026 22:07
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
Ukrayna Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Lvov şəhərindən Türkiyəyə uçaraq orada eniş edib, bir neçə saat sonra isə geri qayıdıb.
Herbiand.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, təyyarə günün birinci yarısında Lvovdan havaya qalxaraq Türkiyəyə çatıb və orada eniş edib. Bir neçə saat sonra isə yenidən Ukraynaya qayıdaraq Lvovda eniş edib.
Uçuşun məqsədi hələlik məlum deyil.
Qeyd edək ki, noyabrın 18-də Ukrayna Silahlı Qüvvələrinə məxsus An-26 hərbi-nəqliyyat təyyarəsi də Lvovdan Brüsselə uçub və bir neçə saat sonra geri qayıdıb.
Məlumata görə, həmin təyyarə 1976-cı ilin fevralında istismara verilib və uzun müddətdir yük daşımalarında istifadə olunur.
Xatırladaq ki, bundan əvvəl Polşanın Ukraynaya iki qırıcı təyyarə verəcəyi barədə məlumat yayılmışdı.
Aydın
Herbiand.az
Mənbə
1 mənbə



