"Haqsızlıq insanı ağlasığmaz qərarlar verməyə məcbur edir" – Xoşqədəm Hidayətqızı Nərman Qocatürk haqqında


Bugün 17:54 0 1 dəq. oxu
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bir müəllim, bir ziyalı, bir ata, bir həyat yoldaşı… Övladları, şərəfi, namusu uğrunda ölümü seçdi…" Demokrat.az azxeber.com-a istinadən xəbər verir ki, bu sözləri tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Bakı Dövlət Universitetinin (BDU) dosenti, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi Nərman Süleymanovun (Qocatürk) müəmmalı vəfatı ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımda qeyd edib. Jurnalist paylaşımında baş verənlərə münasibət bildirərək haqsızlığın insanı bəzən çıxılmaz vəziyyətə saldığını vurğulayıb: "Bəli, bu, yanlış yoldur. Amma bıçaq sümüyə dirənəndə insanın gözünə heç nə görünmür. Haqsızlıq insanı bəzən ağlasığmaz qərarlar verməyə məcbur edir. Səsin eşidilməyəndə, haqqın tapdananda, sevdiklərinin qarşısında çıxılmaz vəziyyətdə qalanda nə həyatın, nə ölümün, hətta öldürməyin belə fərqinə varırsan… Amma bir şeyi dəqiq bilirəm: nə ah yerdə qalar, nə də haqsızlıq. Gec-tez Allah hər şeyi öz yoluna qoyar", - deyə Xoşqədəm Hidayətqızı bildirib.