Hakan Çalhanoğlunun transferi uğrunda 4 klub mübarizə aparır


İtaliyanın "İnter" (Internazionale, Inter Milan) klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Türkiyə millisinin kapitanı Hakan Çalhanoğluya ciddi maraq var.
Fanat.Az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyən dörd klub artıq hərəkətə keçib.
Belə ki, Türkiyənin "Qalatasaray" (Galatasaray), İtaliyanın "Yuventus" (Juventus) və "Komo" (Como), eləcə də İngiltərənin "Tottenhem" (Tottenham Hotspur) klubları təcrübəli futbolçunun vəziyyətini yaxından izləyirlər.
Mövsümün sonunda azad agent statusu qazanmaq ehtimalı olan Çalhanoğlunun gələcək karyerası ilə bağlı yekun qərarını yaxın aylarda verəcəyi gözlənilir.
