Gürcüstanlı nazir xüsusi nümayəndə heyəti ilə Bakıya gəlib


Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirivişvili ikitərəfli yüksəksəviyyəli görüşlər keçirmək məqsədilə Azərbaycana rəsmi səfər edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində o, Azərbaycanın Baş naziri Əli Əsədovla görüşəcək. Bundan əlavə, aidiyyəti nazirlərlə də görüşlərin keçirilməsi planlaşdırılır.
Danışıqlar zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələləri, icra olunan və gələcəkdə nəzərdə tutulan müştərək layihələr, eləcə də strateji tərəfdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunacaq.
Kvirivişvili Azərbaycana xüsusi nümayəndə heyəti ilə birlikdə gəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/siyaset/gurc…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
.jpg)