Ağdam: İqtisadi potensial və mənəvi dəyərlərin yenidən dirçəlişi -
_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1)_(1).jpg)
16:10 Siyasət
"Ağdam işğaldan azad edilmiş bütün ərazilərimiz kimi həm ərazisi, həm tariximizin izlərini yaşadan torpaqları, həm də böyük yaradıcılıq, intellektual və fiziki potensiala malik insanları ilə bizim üçün xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilmiş ərazilərimizin hər biri dəyərlidir. Lakin onların arasında Ağdamın xüsusi yeri və rolu var."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Ağdam Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında yerləşən ən böyük rayonlardan biridir. Vaxtilə işğal altında olmuş ərazilərimiz arasında sahəsinə görə ən böyük rayon idi. Azərbaycanın böyük iqtisadi potensialı məhz bu rayonda cəmləşmişdi. Əhalinin mühüm bir hissəsi burada yaşayırdı. Ağdam sakinlərinin yaşatdığı, qoruduğu və gələcək nəsillərə ötürdüyü mənəvi dəyərlər Azərbaycan xalqı üçün olduqca böyük əhəmiyyətə malikdir.
Ağdamın ərazisindən tam və səmərəli istifadə olunması Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Təəssüf ki, bu ərazilər ciddi texnoloji çirklənməyə məruz qalıb və burada çoxlu sayda mina basdırıldığı məlumdur. Bu amillər, şübhəsiz ki, rayonun mövcud potensialının tam şəkildə üzə çıxarılmasına mane olur. Bununla belə, Ağdamın tam şəkildə minalardan təmizlənməsi və mülki həyata qaytarılması Azərbaycan iqtisadiyyatının mühüm inkişaf mənbələrindən birinə çevriləcək. Bu, ilk növbədə, taxılçılıq, ərzaq istehsalı və digər iqtisadi sahələrin inkişafı baxımından böyük əhəmiyyət daşıyacaq.
Artıq Ağdamda bərpa və yenidənqurma prosesi başlayıb. Belə bir bölgənin, xüsusilə də uzun illər ərzində çirkləndirilmiş və dağıdılmış ərazinin yenidən qurulması Azərbaycanın iqtisadi gücünün və imkanlarının bariz göstəricisidir. Eyni zamanda, bu proses 30 ildən artıq müddətdə məcburi köçkün həyatı yaşamış insanların doğma yurdlarına qayıdışı baxımından böyük mənəvi ruh və ilham mənbəyidir.
Buna görə də Ağdamın işğaldan azad edilməsinə və burada bərpa prosesinin başlanmasına Azərbaycanın iqtisadi yüksəlişinin və mənəvi dirçəlişinin mühüm mərhələsi kimi yanaşmaq lazımdır."
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31