Gürcüstanda surroqat analız qadağan olunur


Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası ölkədə surroqatlığı qadağan etmək qərarına gəlib.
Xitab24.az xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya bildirib.
O, müvafiq qanun layihəsinin tezliklə parlamentə təqdim olunacağını və bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə aktiv ünsiyyətin aparıldığını bildirib.
“Biz bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal şəkildə ünsiyyət qururuq və tezliklə parlamentdə müvafiq qanun layihəsi təqdim olunacaq”, - Kirtsxaliya bildirib.
Onun sözlərinə görə, bu qərar surroqat analıqla bağlı əhəmiyyətli etik və hüquqi risklər, xüsusən də insan alveri, qadınların potensial istismarı və uşaq hüquqlarının qorunması baxımından qəbul edilib.
