Azərbaycanın yeniyetmə yunan-Roma güləşçiləri Gürcüstanda beynəlxalq turnirin qalibi olub


12 mənbə əsasında
Yunan-Roma güləşi üzrə on yeddi yaşadək idmançılardan ibarət Azərbaycan milli komandası Gürcüstanda keçirilən beynəlxalq yarışda birinci yeri tutub. Dörddən çox ölkənin on komandasının mübarizə apardığı turnirdə məşqçilər korpusunun rəhbərliyi ilə idmançılar beş qarşılaşmanın hamısında qalib gəliblər. Kollektiv müxtəlif şəhərlərin və ölkələrin təmsilçilərini üstələdikdən sonra həlledici görüşə çıxıb. Finalda Acarıstan komandası ilə qarşılaşma bərabərə bitsə də, təmiz qələbələrin sayındakı üstünlük ölkə təmsilçilərinə kuboku qazandırıb. Bu idman tədbiri yeniyetmələrin beynəlxalq təcrübə toplaması üçün əhəmiyyət daşıyır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Güləş millimiz Gürcüstanda
Yunan-Roma güləşi üzrə U17 milli komandamız Gürcüstanda təşkil edilən beynəlxalq yarışda uğurla çıxış edərək çempion olub. Azərbaycan Güləş Federasiyasından Herbiand.az-a verilən məlumatan görə, Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistandan 10 komandanın iştirak etdiyi yarışda böyük məşqçi Rafiq Hüseynov və məşqçi Müşviq Məmmədovun rəhbərliyi altında heyətdə Məhəmməd Mudalı (45 kiloqram), Polad Gülverdiyev (48 kiloqram), Əli Cavadlı, Pünhan Şahmarov (hər ikisi 51 kiloqram), Ömər Salmanov, Hüseyn Mustafazadə (hər ikisi 55 kiloqram), Abdurahman Hüseynli, Qurban Məcnunov (hər ikisi 60 kiloqram), Elmir Çərkəzov (65 kiloqram), Əli Məmmədov (71 kiloqram), İsfahan Həsənov, Zəka Yusubov (hər ikisi 80 kiloqram), Zöhrab Səfərov, Ruslan Nuriyev (hər ikisi 92 kiloqram) və Məhəmməd Orucov (110 kiloqram) yer alıb. Turnir çərçivəsində ümumilikdə 5 görüş keçirən yığmamız bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandamız ardıcıl olaraq Ermənistanın Gümrü və İrəvan, eləcə də Gürcüstanın Batumi şəhərinin komandasını, yarımfinalda isə təşkilatçı ölkənin yığma komandasını məğlub edib. Finalda Acarıstan komandasıyla görüş gərgin mübarizə şəraitində baş keçib. Qarşılaşmada ümumi hesab 5:5 olsa da, təmiz qələbələrin sayında üstün olan millimiz çempionluq kubokuna sahib çıxıb. Bu turnir yeniyetmə güləşçilərimizin beynəlxalq yarış təcrübəsinin artırılması və qarşıdakı rəsmi turnirlərə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Tam oxu Hərbi And saytındaDərc vaxtına görə
