Arteta heyetdəki itkilərdən danışdı


20.11.202614:45
“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 11-ci turunun “Nyukasl”la oyundan qabaq itkilərdən danışıb.
Msport.az xəbər verir ki, matç noyabrın 21-də “Sent Ceyms Park” stadionunda keçiriləcək.
“Saka yenidən tibbi müayiədən keçdi, pərpa prosesi çox yaxşı gedir. Bununla belə, Bukayo ilə bağlı vəziyyət elədir ki, onun yenidən meydanlara qayıtması təxminən 8 həftə çəkəcək. Artıq 4 həftə geridə qalıb, hələ bir müddət də gözləmək lazım gələcək.
Subimendi sıradan çıxıb. Onun bəzi əzələ ağrıları var. İngiltərə ilə oyundan sonra o, elə də ciddi diskomfort hiss eləmirdi, lakin MRT zədə olduğunu müəyyənləşdirdi. Güman edirəm ki, Martin bir neçə həftə oynaya bilməyəcək” – Arteta belə deyib.
Bənzər xəbərlər
20.11.202612:50
20.11.202611:34
20.11.202611:15
20.11.202610:52
20.11.202610:32
20.11.202610:12
