GTA 6 rəsmi olaraq 13 illik gözləntidən sonra SATIŞA ÇIXARILDI


GTA 6-nın satışa çıxıldığı iddia olunur, oyuna 13 illik gözləntidən sonra maraq böyükdür.
İnterpress.az xəbər verir ki, sosial şəbəkələrdə və oyun platformalarında bu barədə məlumatlar yayılıb.
İddialara görə, GTA 6-nı ilk olaraq Yeni Zelandiyada, yerli vaxtla noyabrın 19-u başlayan kimi oynamaq mümkün olub.
Oyunun hazırlanmasına rekord məbləğdə, təxminən 2 milyard dollar vəsait xərcləndiyi bildirilir.
Twitch platformasında oyunun ilk yayımlarını 1,6 milyondan çox izləyicinin izlədiyi iddia olunur.
Həmçinin bəzi nəşrlərin GTA 6-ya 100 baldan 99 bal verdiyi qeyd edilir.
İddialara əsasən, oyunçular artıq oyuna 1,5 milyard dollar xərcləyiblər.
Xuraman Etibarlı
İnterpress.az
