Gözlərin deyir ki, xəstəsən… – Bu əlamətlər varsa, həkimə gedin


Həkim Deyv Nikols qanda xolesterinin yüksək olmasına işarə edə biləcək xarici əlamətləri açıqlayıb.
Mütəxəssis yüksək xolesterinin adətən heç bir xarici simptomla özünü büruzə vermədiyini bildirib.
Onun sözlərinə görə, bəzi hallarda isə göz ətrafında yaranan sarımtıl piy yığıntıları – ksantelazmalar bu problemin göstəricisi ola bilər.
Digər mümkün əlamət isə gözün qüzehli qişasının ətrafında açıq rəngli halqanın əmələ gəlməsidir. Bu halqa xüsusilə irsi yüksək xolesterin zamanı müşahidə oluna bilər.
Nikols qeyd edib ki, bu dəyişikliklər yüksək xolesterini olan hər kəsdə yaranmır və bəzən nəzərdən qaça bilər. Buna görə də damarların piy lövhələri ilə tutulması riskini müəyyən etməyin ən etibarlı yolu qan analizi verməkdir.
Həkim profilaktika məqsədilə qidalanmaya diqqət yetirməyi, lif və faydalı yağlarla zəngin məhsullardan istifadə etməyi, müntəzəm fiziki aktiv olmağı və siqaretdən imtina etməyi tövsiyə edib.
Dərc vaxtına görə
Xəbərsiz Mediaoxuduğunuz
Gözlərin deyir ki, xəstəsən… – Bu əlamətlər varsa, həkimə gedin