Türkiyəli rejissor Faysal Soysalın üçüncü tammetrajlı bədii filmi olan "Rahma" 14 noyabrda 30-cu Tallin Qara Gecələr Film Festivalının "Critics’ Picks" müsabiqə proqramında ilk dəfə tamaşaçılara təqdim olunub.
Kulis.az xəbər verir ki, Göbəklitəpənin tarixi mirasını yetim və miqrant uşaqların taleyi ilə birləşdirən ekran işi paralel hekayələr əsasında analıq, mərhəmət və ortaq insanlıq dili axtarışı mövzularına toxunur.
Adı ərəbcə həm "mərhəmət", həm də "ana bətni" mənasını verən filmdə baş qəhrəman Rahmanı suriyalı miqrant uşaq Naqam Bireç canlandırır.
Tallindəki nümayişdə rejissorla yanaşı baş rolların ifaçıları Dəniz İşın, Feyyaz Duman, Uğur Aslan və iranlı aktrisa Soqol Xaliq iştirak ediblər.
Feyyaz Duman filmdə dörd fərqli dildə çıxış etdiyini deyib.
Qeyd edək ki, film festival tənqidçiləri tərəfindən emosional gücünə və səmimiliyinə görə "möhtəşəm analıq dramı" kimi yüksək qiymətləndirilib.
1 mənbə