“Global İnşaat Group” Azərbaycanda 21 məktəb binası quraşdıracaq


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib.
Banker.az xəbər verir ki, tenderin qalibi “Global İnşaat Group” MMC olub.
Satınalma çərçivəsində respublikanın müxtəlif ərazilərində 20 ədəd modul və 1 ədəd konteyner tipli məktəb binasının quraşdırılması nəzərdə tutulur.
Tender üzrə ehtimal olunan qiymət 12 milyon 313 min 831 manat təşkil edib.
Xatırladaq ki, “Global İnşaat Group” MMC “Bridge Group of Companies”ə daxil olan şirkətlərdəndir. Şirkət 2004-cü ildən ölkə ərazisində inşaat sektorunda fəaliyyət göstərir.
Qeyd edək ki, tender 18 sentyabr 2026-cı ildə elan olunub. Təkliflərin təqdim edilməsi üçün son tarix isə 30 oktyabr 2026-cı il müəyyən edilib.
