Təranə Qumralın keçmişi ilə bağlı ŞOK İDDİA – Hərbçi əri ilə boşanmamışdı?


Müğənni Təranə Qumralın əsl adı Təranə Xeyrulla qızı Qumral İbrahimovadır. O, 17 oktyabr 1966-cı ildə Zəngilan rayonunda dünyaya gəlib. Ailədə üç bacı və iki qardaş olublar. Təranənin cəmi 5 yaşı olarkən anası ağır xəstəlikdən vəfat edib. Dəmir yolu idarəsində çalışan atası isə bundan sonra ikinci dəfə ailə qurmayıb.Bizimshow.az xəbər verir ki, Təranə uşaqlıq illərində anasız böyüməyin çətinliklərini yaşayıb. Müğənni müsahibələrinin birində həmin dövrü xatırlayarkən bunları söyləyib:“Böyük bacım anamın şəkillərini heç vaxt bizə vermədi. O, şəkillərin hamısını yığıb gizlətmişdi ki, biz görüb pis olmayaq. Atam işdə olanda, gecələr elə qorxurdum ki. Bəzən yağış yağıb, göy guruldayanda, qaçıb stolun altına girərdik. Məktəbə gedərkən analı qızlara baxıb köks ötürərdim. Düşünürdüm ki, mənim də anam olsa, saçlarımı səliqə ilə darayıb yığardı”.Birinci Qarabağ müharibəsi illərində Təranənin qardaşı Firdovsi Məmmədov da cəbhəyə yollanıb. Bir müddət sonra onun şəhid olması xəbəri ailəyə ağır zərbə vurub. 29 oktyabr 1993-cü ildə isə Təranənin doğma rayonu Zəngilan işğal edilib. Həmin vaxt 27 yaşında olan müğənni ailəsi ilə birlikdə doğma yurdunu tərk edərək qaçqın həyatı yaşamağa məcbur olub.Təranə Qumral gənc yaşlarında hərbçi ilə ailə qurub. Bu nikahdan onun Qumral və Fidan adlı iki qızı dünyaya gəlib. Lakin sonradan müğənni Almaniyada yaşayan həyat yoldaşından ayrılmadan tanınmış sənətçi Musa Musayevlə evlənib.Məlumata görə, Musa Musayev də Təranə ilə ailə qurmazdan əvvəl xalası qızı ilə evli olub. O, Təranə ilə evləndikdən sonra əvvəlki həyat yoldaşından ayrılıb. Bu qərardan sonra Musanın anası və qardaşlarının onunla münasibətlərini kəsdiyi bildirilir.Təranə və Musa birlikdə bir çox mahnılar ifa ediblər. “Sənsiz”, “Yarım”, “Sevənlər inciməsin”, “Sevgimizə göz dəyər”, “Dilərsənmi”, “Dağlara gedək” və “Qoy, dünya bilsin” onların məşhur duetləri sırasındadır.Təranə Qumral Musanın spirtli içkilərdən uzaqlaşması üçün böyük səylər göstərib. Bununla belə, cütlüyün münasibətlərində ciddi problemlər yaşandığı iddia olunur. Məlumatlarda Musanın qısqanc və aqressiv davranışları, hətta Təranəyə qarşı fiziki zorakılıq etdiyi ilə bağlı iddialar da yer alıb.2013-cü ildə isə cütlüyün şəxsi həyatı yenidən qalmaqallı xəbərlərlə gündəmə gəlib. Belə ki, Musa evdə başqa bir kişinin olduğunu iddia edib. Təranə Qumral isə bu iddiaları təkzib edərək Musadan boşandığını açıqlayıb.
Yazı naviqasiyası
1 mənbə