Türkər Əliyevanın ev dustaqlığı ilə bağlı apellyasiya protesti təmin edilməyib


13 mənbə əsasında
Külli miqdarda dələduzluqda ittiham olunan mediator Türkər Əliyeva barəsindəki məhkəmə qərarından prokurorluğun verdiyi protestə baxılıb. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorluğun həbs tələbini təmin etməyib və ev dustaqlığı qətimkan tədbirini qüvvədə saxlayıb. General-mayor Natiq Əliyevin qızı olan Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı ilə pul almaqda ittiham olunur. Cinayət işi Minatəmizləmə Agentliyinin sədr müavini Ceyhun Rzayevin şikayəti əsasında başladılan araşdırma çərçivəsində aparılır.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Ajans.az xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılıb və qərar qəbul olunub.Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qərarı qüvvədə saxlanılıb.Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.Prokurorluq qərardan narazı qalaraq apellyasiya protesti verib, Türkər Əliyevanın həbs edilməsi istənilib.Dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərib. O, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakaralığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb. (apa)
Tam oxu Ajans.az saytındaDərc vaxtına görə
