Gürcüstanda yaşayış binasında partlayışla bağlı cinayət işi AÇILDI


Poniçalada yaşayış binasında partlayışla bağlı cinayət işi açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gürcüstanın Poniçala qəsəbəsində yaşayış binasında qaz partlayışı ilə bağlı cinayət işi başlanıb.
Hadisə yerində 150 xilasedici çalışır. Onlardan üçü uşaq olmaqla, 7 nəfərin axtarışı davam etdirilir.
Nazirliyin məlumatına görə, axtarış-xilasetmə işlərini binanın daşıyıcı divarlarından birinin zədələnməsi çətinləşdirir.
Partlayış beşmərtəbəli binanın sonuncu mərtəbəsində qaz qızdırıcısının partlaması nəticəsində baş verib.
Hadisə zamanı 11 yaşlı uşaq da daxil olmaqla, 4 nəfər xəsarət alıb.
Faktla bağlı təhlükəsizlik qaydalarının pozulması maddəsi üzrə araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az

Teleqraf.az+1 mənbə