Gəncədə maşınlar toqquşdu - Xəsarət alan var
News24.azNews24.az

Hadisə
22 Noyabr 2026, 00:19
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, adisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı avtomobillə “Toyota Corolla” markalı maşınlar toqquşub.
İlkin məlumata görə, hadisə zamanı “Toyota” markalı avtomobilin sürücüsü xəsarət alıb. Hər iki avtomobil isə tamami ilə yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma başlanılıb./qafqazinfo.az
Dərc vaxtına görə