Naxçıvanda İranda baş verən zəlzələ hiss olunub. İran ərazisində baş verən zəlzələ Naxçıvanda da hiss edilib


Hadisə
0 0
Bugün 00:02
Naxçıvanda İranda baş verən zəlzələ hiss olunub.
ANZ.AZ AFAD-a istinadən xəbər verir ki, İran ərazisində baş verən zəlzələ Naxçıvanda da hiss edilib. İlkin məlumatlara görə, yeraltı təkanlar noyabrın 21-də Bakı vaxtı ilə saat 23:21-də İranın Xoy ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6, ocağının dərinliyi isə təxminən 7 kilometr olub. Yeraltı təkanların Naxçıvanda da hiss edildiyi bildirilir.
Hadisənin mümkün fəsadları və dağıntılarla bağlı hələlik rəsmi məlumat yoxdur.