Gəncədə avtomobil 20 yaşlı qızı vurdu


Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2006-cı il təvəllüdlü A. Axundovanı vurub.
Xəsarət alan 20 yaşlı qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Dərc vaxtına görə
