"Gəncə" evdə "Esenler Erokspor"u sınağa çəkdi


"Gəncə" bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, C qrupu çərçivəsində Gəncə təmsilçisi "Esenler Erokspor" ilə üz-üzə gəlib. Matç Gəncə İdman Sarayında keçirilib və görüşdən Türkiyə təmsilçisi qələbə ilə ayrılıb.
Qeyd edək ki, "Gəncə" evdə keçirilən son oyununda "Sportinq"i 69:67 hesabı ilə məğlub etmişdi.
FIBA Avropa Kuboku, C qrupu
"Gəncə" - "Esenler Erokspor" 66:97 (18:19, 11:36, 19:23, 18:19)
Gəncə İdman Sarayı
