GAİM-in şagirdləri Tbilisidə keçirilən beynəlxalq olimpiadada 21 kubok qazanıblar


Tbilisi, 19 noyabr, AZƏRTAC
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) şagirdləri Tbilisidə keçirilən “AMAkids WORLD CUP 2026” beynəlxalq intellektual olimpiadasında 21 kubok qazanıblar.
AZƏRTAC xəbər verir ki, olimpiadanın nəticələrinə əsasən, GAİM-in şagirdləri müxtəlif intellektual istiqamətlər üzrə I, II və III yerlərə layiq görülüblər.
“Candar” İctimai məktəbinin şagirdləri 5 kubok, "Maarif" məktəbinin şagirdləri 12 kubok, 6 nömrəli məktəbin şagirdləri 2 kubok, Şulaver və Alget məktəblərnin şagirdləri isə hər biri 1 kubok qazanıblar.
Dünyanın 11 ölkəsindən 300-ə yaxın iştirakçını bir araya gətirən olimpiadada Gürcüstan, Azərbaycan, Yunanıstan, Ermənistan, Özbəkistan, Nepal, Monako, ABŞ, Fransa, Belçika və Malta təmsil olunub.
Yarış ingilis dili, riyaziyyat və mental arifmetika olmaqla üç əsas istiqaməti əhatə edib.
GAİM-də olimpiadadan qayıdan şagirdlərə kubok və sertifikatlar təqdim olunub.
Xətayi Əzizov
Tbilisi
1 mənbə
