Mediasiya Şurasının Füzuli rayonunda sayca 81-ci olan Füzuli 1 saylı Mediasiya Təşkilatı fəaliyyətə başlayıb.
Moderator.az xəbər verir ki, Füzuli 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilib. Eyni zamanda, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Füzuli 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.
Xocalı, Ağdərə, Füzuli, Xocavənd, Laçın, Qubadlı və Şuşa rayonu üzrə vətəndaşlar 19 noyabr 2026-cı ildən etibarən Füzuli 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Füzuli 1 saylı mediasiya təşkilatının məlumatları təşkilatın direktoru Muradov Bahadır Allahverdi oğludan əldə edilə bilər. Təşkilatın ünvanı isə Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti, giriş 91-dir. Təşkilatın əlaqə nömrəsi +994 (55) 898 40 22, E-mail ünvanı isə [email protected]ır.
Dərc vaxtına görə
Moderator.az xəbər portalıoxuduğunuz
Füzuli rayonu üzrə mediasiya təşkilatı fəaliyyətə başladı