“Futbol təhlükə altındadır” – PFA rəhbər
İdmanXəbəradmin


İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının rəhbəri Maheta Molanqo dünya futbolunun gələcəyi ilə bağlı narahatlığını ifadə edib.
İdmanxeber.az xəbər verir ki, o, “The Guardian”a müsahibəsində futbolun getdikcə idmandan daha çox kommersiya maraqlarına xidmət etdiyini bildirib.
Molanqonun sözlərinə görə, qərarların qəbulunda əsas məqsəd oyunun inkişafı deyil, maliyyə qazancı olub. O, 2030-cu il dünya çempionatının 64 komandanın iştirakı ilə keçirilməsi ideyasını da tənqid edib.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
