Fransada polisə silahdan istifadə imtiyazı verən qanun layihəsinə etiraz edilib


20 Noyabr 2026 16:27
54
DÜNYA
Fransanın paytaxtı Parisdə polisə silahdan istifadə zamanı “özünümüdafiə” hüququ tanıyan qanun layihəsinə qarşı etiraz aksiyası keçirilib. Müxtəlif qeyri-hökumət təşkilatlarının çağırışı ilə toplaşan nümayişçilər Senatın binası qarşısına gəliblər.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, etirazçılar bu layihənin polislərə “öldürmək səlahiyyəti” verdiyini bildirərək “Ədalət yoxdursa, sülh də yoxdur” şüarları səsləndiriblər. Onlar Senatda müzakirə olunan layihənin ləğvini tələb ediblər. Aksiya iştirakçıları binanın qarşısında torpaq və başdaşlarından rəmzi məzarlar yaradıblar. Həmin başdaşlarının üzərində Fransada polis gülləsi və ya müdaxiləsi nəticəsində həyatını itirən şəxslərin adları və ölüm tarixləri yazılıb.
Yeni layihə qəbul olunarsa, qanunla müəyyən edilmiş hallarda silah işlədən asayiş keşikçiləri özünümüdafiə həddində hərəkət etmiş sayılacaqlar. Lakin gücün qeyri-mütənasib tətbiqinə dair sübutlar olarsa, bu hüquq etibarsız hesab ediləcək. Vətəndaş cəmiyyəti fəalları və solçu siyasətçilər bildirirlər ki, son illər ölkədə ərəb və qaradərili gənclərə qarşı polis zorakılığı artıb. Onların fikrincə, bu qanun polis gülləsindən ölənlərin sayını daha da çoxalda bilər.
Qeyd edək ki, layihə iyul ayında parlamentin aşağı palatası olan Milli Assambleyada qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün Senatın da eyni mətni təsdiqləməsi lazımdır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
1 mənbə
