Fransa klubu İngiltərədən baş məşqçi gətirir
İdmanXəbəradmin


“Strasburq” “Suonsi”nin baş məşqçisi Vitor Matosla anlaşmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Fransa klubu portuqaliyalı mütəxəssisin transferi üçün rəsmi müraciət edib. 38 yaşlı məşqçinin də Liqa 1 təmsilçisinə keçməyə müsbət yanaşdığı bildirilir.
Matosun “Suonsi” ilə müqaviləsi 2030-cu ilə qədərdir. “Strasburq”un onun transferi üçün təxminən 5 milyon funt-sterlinq ödəməyə hazır olduğu qeyd olunur.
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43
