Fransa Futbol Federasiyasının prezidenti FIFA rəhbərliyinə namizədliyini təsdiqləyib


Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo FIFA prezidentliyinə namizədliyini rəsmən təsdiqləyib. O, təşkilatın hazırkı rəhbəri Canni İnfantinoya rəqib olacaq.
Plat.az xəbər verir ki, Diallo namizədliyini açıqlayarkən FIFA-nın son qərarlarının futbol ictimaiyyətində narazılıq yaratdığını bildirib. Onun fikrincə, təşkilatın idarəçiliyində dəyişikliklərə və futbol ictimaiyyəti ilə daha sıx əməkdaşlığa ehtiyac var.
Fransalı futbol funksioneri UEFA-dakı həmkarlarının dəstəyindən sonra namizəd olmaq qərarına gəldiyini qeyd edib.
Xatırladaq ki, UEFA-nın İcraiyyə Komitəsində təmsil olunan Avropa futbol qurumları Diallonun namizədliyini dəstəkləyiblər.
FIFA prezidentinin seçkilərinin 18 mart 2027-ci ildə Mərakeşin paytaxtı Rabatda keçirilməsi planlaşdırılır. Canni İnfantino da növbəti müddətə seçilmək niyyətindədir.
1 mənbə
