Floridada edamların sayı REKORD HƏDDƏ ÇATIB
InterpressXuraman Etibarli


ABŞ-nin Florida ştatında bir il ərzində 20 nəfər edam edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ-nin Florida ştatında ilin əvvəlindən indiyədək 20 nəfər edam edilib.
Sonuncu edam olunan şəxs 1991-ci ildə ər-arvadı qətlə yetirməkdə təqsirli bilinən 71 yaşlı Tomas Mitçell Overton olub. O, son ana qədər günahını inkar edib.
Bu göstərici 2025-ci ildə qeydə alınan 19 edamlıq əvvəlki rekordu üstələyib.
Florida rəsmiləri 1976-cı ildən bu yana edam statistikasını aparır. Məlumata görə, ilin sonunadək ştatda daha azı iki edamın həyata keçirilməsi gözlənilir.
Xuraman Etibarlı
İnterpress.az