FIFA prezident postuna üç namizədin adını açıqladı


FIFA təşkilatın prezident postuna üç namizədin adını açıqlayıb. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Sportify.az xəbər verir ki, namizədlər Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo, Yaponiya Futbol Assosiasiyasına rəhbərlik etmiş Kodzo Tasima və hazırkı FIFA prezidenti Canni İnfantinodur.
İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. Kodzo Tasima 2015-ci ilin aprelindən FIFA-nın tərkibində fəaliyyət göstərir. Filip Diallo isə Fransa Futbol Federasiyasının prezidentidir.
FIFA-nın yeni prezidentinin seçkisi 2027-ci il martın 18-də Mərakeşin Rabat şəhərində keçiriləcək təşkilatın 77-ci Konqresi çərçivəsində baş tutacaq.
Qurumun qaydalarına əsasən, namizədlərin sənədləri müvafiq yoxlama və təsdiq prosedurundan keçmək üçün seçki komissiyasına təqdim edilib. FIFA üzvü olan assosiasiyalara seçkilərdə iştiraka buraxılan namizədlərin adları barədə ən geci 2027-ci il fevralın 18-də məlumat veriləcək.
Dərc vaxtına görə
