Fərid Babayev: "Milliləşdirilmiş oyunçular yığmaya dəvət olunmayacaqlar"


Yeni mövsümdən futzal üzrə Azərbaycan Yüksək Liqasında legioner limiti tətbiq olunacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə AFFA-nın Futzal və çimərlik futbolu üzrə departamentinin rəhbəri Fərid Babayev məlumat verib.
O bildirib ki, komandalar meydanda eyni vaxtda "2+3" (2 yerli, 3 legioner) formatı ilə çıxış edəcəklər:
"Meydanda iki yerli oyunçu və üç legioner ola bilər. Lakin üç legionerdən biri hökmən qapıçı olmalıdır. Əgər qapıçı yerli olarsa, meydanda 3 yerli və 2 legioner yer almalıdır. Hazırda ölkədə qapıçı qıtlığı var. Klubların əziyyət çəkməməsi üçün hələlik buna imkan vermişik, amma növbəti mövsümdən limiti "3+2" edə bilərik. Məqsədimiz yerli futzalçılara daha çox oyun vaxtı qazandırmaq və milli komandanı inkişaf etdirməkdir".
Departament rəhbəri milliləşdirilmiş futzalçıların bundan sonra yığmaya dəvət almayacağını da təsdiqləyib:
"Hazırda hədəfimiz yalnız yerli futbolçulardır. Əgər bu gün yerli oyunçulara imkan vermiriksə, onların inkişafını nə qədər gözləyə bilərik? Yığmaya əcnəbi məşqçi gətirməklə bağlı məhdudiyyətimiz yoxdur, amma inanırıq ki, yerli məşqçilərlə daha yaxşı effekt verəcəyik. Millinin əvvəlki nüfuzunu qaytarması üçün 10-15 il gözləmək fikrimiz yoxdur, nəticələri tezliklə görəcəyik".
1 mənbə

Lent.az+1 mənbə