"Fənərbağça"nın üzvü Avropa klublarının hədəfində
1sport.az1Sport.az

“Fənərbağça”nın futbolçusu Meyson Qrinvud Avropa klublarının diqqətini çəkib.
1Sport.az xəbər verir ki, “Atletiko” ingiltərəli hücumçunu heyətinə qatmaq istəyir. Həmçinin İtaliyanın “Napoli” klubu da 25 yaşlı futbolçu ilə maraqlanır.
Lakin İstanbul klubu Qrinvudu yanvar ayında satmağa isti yanaşmır.
Qeyd edək ki, Qrinvud bu mövsüm “Fənərbağça”nın heyətində 20 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
